Aeroport bağlandı: "Prezident ölkəsinə uça bilmir"

Moskvada səfərdə olan Moldova Prezidenti İqor Dodon güclü duman səbəbindən ölkəsinə geri qayıda bilmir.

Bu barədə prezident RİA Novosti-yə açıqlamasında deyib.

Onun sözlərinə görə, Kişinyov aeroportu güclü dumana görə, bağlanıb və uçuşların həyata keçirilməsi dayanıb.

"Mən uça bilmədim, Moskvadayam. Burada işləyirik - səfirlik, miqrantlar, iqtisadi agentliklər, ixrac məsələləri. Kişinyov aeroportunun açılmasını gözləyirik", - Dodon bildirib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31