“Putini küsdürmüşük, Tramp isə Nikolla görüşmək istəmir”

Ermənistan ictimaiyyətində Qarabağla bağlı böyük narahatlıq var.

Bunu "İrates" qəzetinə açıqlamasında politoloq Qrant Məlik Şahnəzəryan deyib. Onun sözlərinə görə, Ermənistanın xarici siyasəti iflasa uğrayıb:

"Biz xarici siyasətimizdə Rusiya və Avrasiya İttifaqının digər ölkələri ilə münasibətləri pozmuşuq. Biz artıq ABŞ üçün maraqsız ölkəyə çevrilmişik. Nikol Paşinyan 1 ildir hakimiyyətdə olmasına rəğmən Trampla bir görüş belə keçirə bilməyib. İranla ciddi münasibətlərimiz yoxdur. Qeyri-peşəkar məmurların açıqlamalarını İran hələ çox xatırlayacaq. Xarici siyasətimiz tam çöküb və bunda günahkar hər şeydən öncə baş nazirdir".

Axar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31