Tehran Moskvadan S-400 istəməyib – Caqaryan

Tehran Moskvaya S-400 zenit raket kompleksləri üçün müraciət etməyib.

Bunu "RİA Novosti" agentliyinə müsahibəsində Rusiyanın İrandakı səfiri Caqaryan deyib. T-90 tankları və Su-30 təyyarələrinin Tehrana verilməsi ilə bağlı yayılan məlumata gəlincə, səfir Moskvanın İrana silah ixracına nəzarətlə bağlı bütün öhdəliklərə sərt şəkildə əməl etmək niyyətində olduğunu bildirib.

Qeyd edək ki, Moskva bundan öncə İrana S-300 kompleksləri tədarük edib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31