İranlı qaçqının möhtəşəm uğuru - Telefonda yazdığı kitabla...
Sakit Okeanın sahilindəki müşahidə mərkəzində yaşayan Bəhruz Boochani adlı qaçqın ilk kitabı ilə Avstraliyanın ən yaxşı ədəbiyyat mükafatını qazanıb.
1 Fevral 2019 14:29 DünyaSakit Okeanın sahilindəki müşahidə mərkəzində yaşayan Bəhruz Boochani adlı qaçqın ilk kitabı ilə Avstraliyanın ən yaxşı ədəbiyyat mükafatını qazanıb.
Papua Yeni Qvineyada Avstraliya tərəfindən idarə edilən qaçqın düşərgəsində yaşayan və İran əsilli Bəhruz Boochani, kitabını mobil telefonuna yazıb və "Whatsapp"la göndərib.
O, "Dağlardan Başqa Dost Yoxdur" adlı kitabı ilə "Viktoriya Ədəbiyyat Mükafatı" və 100 min ABŞ dolları qazanıb.
Altı il əvvəl Avstraliyaya gedərkən qaçqınların olduğu qayıqda tutulan və qısa müddət sonra Manus Adası düşərgəsinə yerləşdirilən Boochani, mükafatın qaçqın kamplarında saxlanılan minlərlə insan üçün yaxşı fürsət olduğunu bildirib.
AzNews.az