Paşinyan bir qrup məmuru işdən qovdu
1 Fevral 2019 14:13 DünyaErmənistanın baş naziri Nikol Paşinyan sərəncam verib.
Ermənistanın baş naziri Nikol Paşinyan bir qrup məmuru işdən çıxarmaq barədə sərəncam verib.
Baş nazirin göstərişi ilə Şirak vilayətinin qubernator müavini Ara Melikcanyan, Geqarkunik vilayətinin qubernator müavini Artsvik Nikoqosyan və Kotayk vilayətinin qubernatoru Larisa Madoyan tutduqları vəzifədən azad olunublar.
Yanvarın 31-dən etibarən isə Milli Təhlükəsizlik Şurası ofisinin rəhbəri Artavazd Barseqyan da vəzifəsindən ayrılıb.(modern.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31