Türkiyədən Gürcüstana qızıl əşyaları keçirməyə cəhd edən Ermənistan vətəndaşı saxlanılıb
1 Fevral 2019 13:59 DünyaGürcüstan-Türkiyə sərhədində yerləşən "Sarpi" gömrük-keçid məntəqəsində Ermənistan vətəndaşı saxlanılıb.
Bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.
Gürcü gömrükçüləri Ermənistan vətəndaşının üzərində bəyan edilməmiş qızıl əşyalar aşkar ediblər.
Ümumi çəkisi 88,58 qram olan qızıl məmulatlar Ermənistan vətəndaşından müsadirə olunub. Məmulatların ümumi dəyəri 5813,5 lari (2 min dollardan çox) təşkil edib.
Ermənistan vətəndaşı qızıl əşyaların dəyərinə bərabər məbləğdə cərimə olunub.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31