Türkiyə Yaponiyanın yeni miqrasiya qaydasına etirazını bildirib
1 Fevral 2019 13:47 DünyaYaponiyanın Ankaradakı səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Yaponiyanın tətbiq etdiyi yeni miqrasiya qaydasına görə, bəzi xarici ölkə vətəndaşlarına bu ölkədə işləmək icazəsi verilməyəcək. Cari ilin aprel ayında qüvvəyə minəcək qaydada müəyyən edilən məhdudiyyət Türkiyə vətəndaşlarına da şamildir.
Türkiyə XİN-in mətbuat katibi Hami Aksoy əminliklə ifadə edib ki, Yaponiya tərəfi əmək miqrasiyası ilə bağlı müəyyən etdiyi məhdudiyyət siyahısından tezliklə Türkiyənin adını çıxaracaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31