Qara dənizdə İkinci Dünya müharibəsinə aid sualtı gəmi tapılıb

İstanbulun Şile bölgəsində yerləşən Ağva sahillərindən təxminən 4 kilometr aralıqda, Qara dənizin 40 metr dərinliyində İkinci Dünya müharibəsi zamanı batmış Almaniyaya məxsus "U23" sualtı gəmi tapılıb.

Gəmi Türkiyənin Dəniz Qüvvələri Komandanlığı ilə "TRT"nin birgə "Mavi tutqu" sənədli filminin sualtı çəkilişləri zamanı aşkar edilib.

AZƏRTAC

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31