Tbilisidəki məktəbdə bomba həyəcanı yaşanıb

Bu gün səhər saatlarında Tbilisinin Diğomi rayonundakı 147 saylı məktəbdə bomba həyəcanı yaşanıb.

Anonim şəxs telefonla zəng vuraraq məktəbin minalandığını bildirib.

Məktəbin pristavı Nino Ebralidze jurnalistlərə deyib ki, telefon zəngindən dərhal sonra "112" xidmətinə müraciət edilib. Təcili və təxirəsalınmaz xidmət mərkəzinin əməkdaşlarının köməyi ilə müəllim və şagirdlər təxliyə olunublar.

Bir müddət sonra naməlum şəxs yenidən zəng vuraraq zarafat etdiyini bildirib. Bununla belə, xilasedicilər və istehkamçılar məktəbdə axtarışları davam etdirirlər.

Qeyd edək ki, bu məktəbdə azərbaycanlılar da təhsil alırlar.

AZƏRTAC 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31