Hollandiyada türklər ilin ən yaxşısı seçildi

Hollandiyada türk restoranı, "İlin Ən Yaxşı Restoranı" seçilib.

Olaylar.az bildirir ki, ölkədə xidmət verən online yemək sifariş saytı "Thuisbezorgd" un hər il təşkil etdiyi "2018 Ən Yaxşı Restoran Mükafatları" yarışmasında 31 yaşındakı Mustafa Kabadayının sahibi olduğu restoran birinci olub. 

Müsabiqə, Hollandiyada ildə təxminən 12 milyon yemək sifarişi edən saytda bir ay davam edən "ən yaxşı yemək keyfiyyəti" və "ən yaxşı yemək sifariş xidməti" verən restoranlara edilən şərhlərlə müəyyənləşib.

Kabadayının restoranı, yarışmada 786 restoranı geridə buraxıb.

Türk restoranı ayrıca, Rotterdamın "ən yaxşı restoran" və "ən keyfiyyətli pizza" mükafatına da layiq görülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31