İran kəşfiyyatının bütün hesabları məhv edildi
1 Fevral 2019 12:40 DünyaFeysbuk şirkəti İranla əlaqəli olan, ictimai fikrin manipulyasiyası üçün informasiya yayımında istifadə edilən yüzlərlə səhifəni silib.
Şirkət yaydığı bəyanatda sildiyi səhifə, qrup və hesabların sayının 780 olduğunu və təxminən 2 milyon insan tərəfindən istifadə edildiyini bildirib. Bu səhifələrdə yayımlanan materialların daha çox Yaxın Şərq və Cənubi Asiya ölkələrinə təsir üçün hazırlandığı vurğulanıb. Bu səhifələrin yayımladıqları materiallarda daha çox Fələstin-İsrail müharibəsinə, Suriya, Yəmən konfliktlərinə toxunulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31