ABŞ Meksika sərhədinə əlavə qüvvə göndərdi

ABŞ Meksika ilə sərhədə qanunsuz miqrant axınının qarşısının alınması üçün əlavə 3500 əsgər göndərib.

Bu barədə CNN televiziyası informasiya yayıb.

Məlumata görə, göndərilən əlavə qüvvələrlə birlikdə sərhəddə ABŞ kontingentinin sayı 5800-ə çatıb.

"Ölkəmizi böyük karvanlarla qeyri-qanuni işğal cəhdlərini dayandırmaq üçün cənub sərhədlərinə daha çox əsgər göndərilir. Əvvəlki karvanları dayandırdıq, bunları da dayandıracağıq. Divarla bu daha ucuz və asan olacaqdı. İnşa edilir", - Tramp bildirib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31