Paşinyan Köçəryanın adamını nazir müavini təyin etdi
1 Fevral 2019 12:26 DünyaErmənistan Baş naziri Nikol Paşinyan Avet Adontsu xarici işlər nazirinin müavini təyin edib.
Bu məlumat Ermənistan Nazirlər Kabinetinin saytında yer alıb.
Qeyd edək ki, bundan öncə Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın İspaniyada səfir olan Avet Adontsu israrla özünün müavini təyin etməyə cəhd etməsi haqqında məlumat yayılıb.
Adonts 2007-ci ildə Çiçəklənən Ermənistan Partiyasında Ermənistan parlamentinə deputat seçilib. O, İspaniya ilə bərabər, Belçika, Niderland, Lüksemburqda da səfir kimi çalışıb. Səfir Qagik Çarukyanla bərabər Robert Köçəryana da yaxınlığı ilə tanınıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31