“Daha çox Ərdoğan və Putinlə maraqlandı” – Boltonun səfərinin incə məqamları

"ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Ankarada olarkən, daha çox Türkiyə və Rusiya prezidentləri arasında planlaşdırılan görüşlə maraqlandı".

Bunu türk politoloq Məhərrəm Sarıkaya deyib.

Politoloq dünən ABŞ və Türkiyə nümayəndələri arasında baş tutan görüşün nəticəsiz qaldığını bildirib:

"Bolton daha çox Ərdoğan və Putin arasında ehtimal edilən görüşlə maraqlandı. Amerikalı nümayəndələr bu görüşdə hansı mövzuların müzakirə ediləcəyini bilmək istədi. Buna görə də, bir neçə dəfə müzakirəni bu istiqamətə çevirdilər. Fürsət düşən kimi, Ərdoğan və Putindən söz açırdılar".

Qeyd edək ki, ABŞ prezidentinin müşaviri dünən Türkiyədə səfərdə olub.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31