İngiltərə Dəməşqdə səfirliyini yenidən açır? - Rəsmi

İngiltərənin Suriyanın paytaxtı Dəməşqdə səfirlik fəaliyyətini bərpa edəcəyi barədə yayılan məlumatlara aydınlıq gətirilib.

Bu barədə danışan İngiltərənin Suriya üzrə xüsusi nümayəndəsi Martin Lonqden Bəşər Əsəd rejiminin legitimliyini itirdiyini və bu səbəbdən 2012-ci ildə fəaliyyəti dayandırılan səfirliyin yenidən açılmasının planlaşdırılmadığını bildirib.

Qeyd edək ki, bəzi mətbuat orqanlarında ingiltərəli diplomatların Dəməşqdəki səfirlik binasını ziyarət etdiyi və yenidən açmağa hazırlaşdığı barədə məlumatlar yayılıb.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31