Belarus ilhaq edilir: Batya Qərbdən yardım istəsə…

Kreml Belarusu "udmaqla" özünün təsirini qoruyub saxlamağa çalışır.

Bu iddia ilə "Blumberq" agentliyində məqalə dərc edilib.

"Lukaşenko bu ittifaqdan iqtisadi faydalar götürməyə çalışıb. Yəni o, ucuz neft və qazı suverenliyini itirmədən almağa çalışıb. Belarusla birləşmək artıq Rusiya hökuməti üçün daha cəlbedici görünməyə başlayıb. Belə ki, bu birləşmə ilk növbədə bir müddət əvvəl dostluq əlaqələrinin qırıldığı Ukraynaya görə kompensasiya ola bilər", -məqalədə bildirilib.

Məqalədə Lukaşenkonun çətinləşən situasiya ilə əlaqədar Qərbdən yardım istəyə biləcəyini də istisna etməyib. Bununla belə, bunun Lukaşenkoya fayda verməyəcəyi, ABŞ və AB-nin onun tam hakimiyyətini yox edə biləcəyi vurğulanıb.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31