ABŞ iki şirkəti rus kəmərinə görə cəzalandırır

ABŞ hökuməti "Şimal axını 2" qaz kəməri üçün boru çəkilişi ilə məşğul olan iki Avropa şirkətinə qarşı sanksiya tətbiq edə bilər.

Bu məlumatı "Handelsblat " qəzeti yayıb. Məlumata görə, Vaşinqton İsveçrənin "Allseas" və İtaliyanın "Saipem" şirkətlərini hədəf alıb.

Xəbərdə Almaniyanın baş verənləri böyük narahatlıqla izlədiyi bildirilib. Belə ki, Berlinin müxtəlif vasitələr, o cümlədən Xarici İşlər naziri Hayko Maas vasitəsilə Vaşinqtona təsir etməyə cəhdlər göstərdiyi vurğulanıb.

Qeyd edək ki, "Şimal axını 2" qaz kəməri rus qazının Avropaya, xüsusilə də Almaniyaya çatdırılması üçün nəzərdə tutulub. ABŞ bu layihəyə qarşıdır.

Axar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31