Aviaşirkətdən qəribə tələb: İşdən çıxmaq istəmirsənsə, arıqla!
9 Yanvar 2019 11:56 Dünya"Pakistan İnternational Airlines" aviaşirkətinin ekipaj üzvləri iş yerlərini itirməmək üçün arıqlamalıdırlar.
Yanvarın 31-dən sonra ekipajın hər hansı bir üzvünün çəkisi tələb ediləndən 30 funt (təxminən 15 kiloqram) artıq gələrsə, o, arıqlamaq üçün "Aircrew" tibb mərkəzinə göndəriləcək. Müalicə tələb olunan standart çəkiyə çatanadək davam edəcək.
Bundan sonra şirkətin bütün ekipaj üzvləri hər ay öz çəkiləri barədə məlumat verəcək, çəkisi normal olanlar uçuşa icazə alacaqlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31