Rusiyanı Ön Qafqazla birləşdirən yol qara görə bağlanıb

Rusiyanı Ön Qafqazla birləşdirənHərbi-Gürcüstan yolu Gürcüstana güclü qarın yağması səbəbindənbütün növ nəqliyyat vasitələri üçün bağlanıb.

Bu barədə çərşənbə axşamı Rusiya Fövqəladə Hallar Nazirliyinin Şimali Osetiya üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

"Moskva vaxtı ilə 19:45-dən etibarən Hərbi-Gürcüstan yolu ilə hərəkət Gürcüstana yağan güclü qar səbəbindən bütün növ nəqliyyat vasitələri üçün bağlanıb", - deyə məlumatda bildirilir.

İdarə sözügedən istiqamətdə səfərə çıxmamağı tövsiyə edir.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31