Laos Rusiyaya Sovet dövrünə aid 30 ədəd tank verib

Laosun Müdafiə Nazirliyi hərbi-texniki əməkdaşlıq çərçivəsində 30 ədəd tam saz vəziyyətdə olanSovet dövrünə aid "T-34" tipli tankı Rusiyanın müdafiə idarəsinə verib.

Bu barədə "Krasnaya zvezda" qəzeti yazıb.

Məlumata görə, bu barədə razılıq ötən il Rusiyanın müdafiə naziriSergey Şoyqunun Laosa səfəri zamanı əldə olunub.

Bildirilir ki, texnika dəniz yolu ilə Vladivostoka gətirilib. Tanklar oradan dəmir yolu ilə Moskvaətrafı Naro-Fominskə aparılacaq.

Qeyd edilir ki, tanklardan eləcə də, hərbi paradlar və film çəkilişləri zamanı istifadə olunması planlaşdırılır.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31