Martda KXDR-də parlament seçkiləri keçiriləcək

KXDR-də 14-cü çağırış Ali Xalq Məclisinə (AXM) deputat seçkiləri bu il martın 10-da keçiriləcək.

Bu barədə çərşənbə günü Koreyanın Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Bildirilir ki, xalq respublikasında parlament seçkilərinin keçirilməsi barədə qərar AXM-nin prezidiumu tərəfindən ölkə konstitusiyasının 90-cı maddəsinə müvafiq olaraq qəbul edilib.

Bundan əvvəlki seçkilər 2014-cü ilin martında baş tutub.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31