Demokratların liderləri Prezident Trampı "şatdaun"u dayandırmağa çağırıblar
9 Yanvar 2019 11:21 DünyaABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi və Demokratlar Partiyasının Senatdakı lideri Çak Şumer ABŞ Prezidenti Donald Trampı hökumətin işini bərpa etməyə çağırıblar.
"Prezident, hökumətin işini bərpa edin və biz fikir ayrılıqlarının aradan qaldırılması üzərində çalışa bilərik", - Pelosi və Şumer birgə bəyanatda bildiriblər.
Demokratların fikrincə, D.Trampın Meksika ilə sərhəddə divar tikmək planı səmərəli deyil.
Ç.Şumer həmçinin qeyd edib ki, ABŞ Prezidenti Oval kabinetdən "şatdaun"la bağlı amerikalılara telemüraciətində Meksika ilə sərhəddə böhran olduğunu, divarın qısa zamanda xərcləri çıxaracağına əmin olduğunu deyərək xalqı öz administrasiyasındakı problemlərdən yayındırmağa çalışıb.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31