Pentaqon aparatının yeni rəhbəri vəzifəsinə Erik Çuninq təyin olunub

Erik Çuninq ABŞ Müdafiə Nazirliyi aparatının (Pentaqon) rəhbəri vəzifəsinə təyin olunub.

Bu barədə Pentaqonun saytında yayılan press-relizdə deyilir.

Xatırladaq ki, yanvarın 6-da aparatın əvvəlki rəhbəri kontr-admiral Kevin Svini istefa verib.

Svini öz bəyanatında qeyd edib: "Pentaqonda keçirdiyim 2 ildən sonra qərar verdim ki, özəl sektora qayıtmaq vaxtıdır. Müdafiə Nazirliyində xidmət etməkdən şərəf duydum".

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31