İlin əvvəlindən Ukraynada 2 mindən çox insan qızılcaya tutulub
9 Yanvar 2019 06:40 DünyaYanvarın əvvəlindən Ukraynada 2305 nəfər qızılca xəstəliyinə tutulub. Onlardan 966-sı böyük, 1339-u isə uşaqdır. Uşaqlardan biri qızılcadan həyatını itirib.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, qızılcanın yayıldığı bölgələrdə xəstəliyə qarşı vaksinasiya işi olduqca zəifdir.
Qeyd edək ki, 2018-ci ildə 54 min 481 nəfər qızılca xəstəliyinə tutulmuşdu. Bunlardan 20 min 204 nəfəri böyük, 34 min 277-si isə uşaqdır. Ötən il qızılca xəstəliyi səbəbindən 16 nəfər həyatını itirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31