Maykl Pompeo: "ABŞ İŞİD-in 99 faizini məhv edib"
8 Yanvar 2019 11:51 DünyaABŞ-ın dövlət katibi Maykl Pompeobildirib ki, Birləşmiş Ştatlar İŞİD terror qruplaşmasının 99 faizini məhv edib.
Bu barədə Amerika xarici siyasət idarəsinin mətbuat xidməti məlumat yayıb.
"Biz xilafətin 99%-ni məhv etdik... Hər bir xəbər materialı bununla başlamalıdır. Düzdür? Hamınız razısınız?" - deyə Pompeo bildirib.
Onun sözlərinə görə, ABŞ-ın Yaxın Şərq regionunda apardığı kampaniya son dərəcə uğurludur.
Ötən il dekabrın 19-dan etibarən ABŞ qoşunlarını Suriyadan çıxarmağa başlayıb.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31