Yunanıstanda 3 nəfər donaraq ölüb

Yunanıstanda qarlı və şaxtalı hava 3 nəfərin ölümünə səbəb olub. 

Ötən gecə ölkə paytaxtı Afinaya güclü qar yağıb. 

Ötən ilin dekabrından Yunanıstanda əlverişsiz hava şəraiti hökm sürür. Nəticədə 3 nəfər ölüb. Hidrometeoroloqlar soyuq hava şəraitinin yanvarın 9-10-dək davam edəcəyini bildiriblər. 

Yol polisi sürücülərə ehtiyatlı olmağı məsləhət görüb. Yol-nəqliyyat hadisələrinin qarşısını almaq məqsədi ilə 3,5 tondan ağır avtomobillərin yollara çıxması qadağan edilib.

Kəskin hava şəraitinə görə yanvarın 8-də paytaxt Afinanın Attika rayonunda məktəblər bağlanıb.

Qeyd edək ki, əlverişsiz hava şəraiti səbəbindən Türkiyənin də 20-dən çox əyalətində müəllim və şagirdlər tətilə buraxılıb. 

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31