Pekində naməlum şəxs məktəbdə 20 uşağı yaralayıb
8 Yanvar 2019 11:48 DünyaÇinin paytaxtı Pekində naməlum şəxs ibtidai məktəblərdən birinə hücum edib.
Bu barədə paytaxtın Siçen rayonunun mətbuat xidmətindən bildirilib.
İlkin məlumatlara görə, ümumilikdə 20 uşaq xəsarət alıb, məktəblilər xəstəxanaya yerləşdiriliblər, onlardan 3-ü ağır vəziyyətdədir. Hazırda onların həyati təhlükəsi yoxdur.
Polis şübhəli kişini hadisə yerində saxlayıb.
Onun nə ilə silahlandığı və addımının motivləri barədə məlumat verilmir.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31