Ukrayna XİN Türkiyə sahillərində gəminin batmasının səbəbini açıqlayıb
Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Vasili Kiriliç Türkiyə sahillərində Panama bayrağı altında üzən “Volgabalt 214” gəmisinin qəzaya uğramasının səbəbini açıqlayıb.
8 Yanvar 2019 11:33 DünyaUkrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Vasili Kiriliç Türkiyə sahillərində Panama bayrağı altında üzən "Volgabalt 214" gəmisinin qəzaya uğramasının səbəbini açıqlayıb.
Vasili Kiriliç bildirib ki, güclü dalğa yük gəmisinə çırpılıb və nəticədə gəmi iki yerə bölünərək batıb.
Qeyd edək ki, ötən gün Türkiyənin Samsun vilayəti sahillərində Panama bayrağı altında üzən "Volgabalt 214" gəmisi batıb.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31