Belçika XİN rəhbəri Avropa Şurasının baş katibi postuna öz namizədliyini irəli sürüb

Belçikanın xarici işlə naziri Didye Reynders Avropa Şurasının baş katibi postuna öz namizədliyini irəli sürüb.

Bu barədə "VRT" telekanalı xəbər verir.

Telekanalın məlumatında deyilir: "Xarici işlər naziri Reynders Avropa Şurasının baş katibi postuna öz namizədliyini irəli sürüb".

Qeyd edək ki, Avropa Şurasının yeni baş katibi iyun ayında seçiləcək, oktyabrda isə öz vəsifəsinin icrasına başlayacaq.

Hazırda Avropa Şurasının baş katibi Turbyorn Yaqlanddır.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31