Tramp və Makron ABŞ qoşunlarının Suriyadan çıxarılması planını müzakirə ediblər
8 Yanvar 2019 11:20 DünyaABŞ prezidenti Donald Tramp və Fransa prezidenti Emmanuel Makron ABŞ qoşunlarının Suriyadan çıxarılması planını müzakirə ediblər.
Bu barədə "Reuters" agentliyi Ağ Evin bəyanatına istinadən xəbər verir.
Ağ Evin məlumatında deyilir: "İki ölkə lideri İŞİD terror qruplaşmasının məhv edilməsinə ümumi sadiqliyi təsdiq edərək Suriyadakı vəziyyəti və ABŞ qoşunlarının Suriyadan qətiyyətli, məqsədyönlü və əlaqələndirilmiş çıxarılması planını müzakirə ediblər".
Məlumata əsasən, tərəflər həmçinin vurğulayıblar ki, "Suriyada kimyəvi silahdan istənilən yeni istifadə yolverilməzdir".
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31