Bibliyanı dəyişirlər – PAPADAN GÖZLƏNİLMƏZ BƏYANAT
8 Yanvar 2019 10:05 DünyaXristianların müqəddəs kitabı olan Bibliyaya dəyişiklik ediləcək.
İnsider.az bildirir ki, Vatikan Roma papası Fransiskin bəyanatı ilə bütün xristian dünyasını heyrətləndirib.
Roma papasının sözlərinə əsasən, Bibliyada yazılanlar köhnəlib və Müqəddəs Yazılara korrektə etmək vaxtıdır.
O bildirib ki, bu məqsədlə kilsənin yüksək rütbəli şəxslərinin görüşü təşkil ediləcək. Bu toplantıda Bibliyanın başqa bir kitabla əvəz olunması və ona yeni uyğun ad tapılması müzakirə ediləcək. Bu adlardan biri "Bibliya-2000"-dir.
"Biz xalqla 2 min əvvəl yazılmış Bibliya vasitəsilə danışa bilmərik. Biz bununla şüurumuzu itirə bilərik. Kilsə modernləşməlidir. Müqəddəs yazıları redaktə etmək lazımdır, bunlar müqəddəs olsa belə. Orada elə süjetlər var ki, onları təkrar etməmək yaxşıdır", - deyə papa Fransisk bildirib.