İsrailin keçmiş Müdafiə naziri Moşe Arens bu gün Təl-Əvivdəki evində 94 yaşında vəfat edib.
Bu məlumatı "Harets" qəzeti yayıb.
Qeyd edək ki, Arens Netanyahunun siyasi hamisi sayılıb. O, üç dəfə müdafiə naziri postunu tutub, həmçinin fərqli illərdə İsrail xarici işlər naziri və ABŞ-da səfiri olub.