Ukraynanın Karpat dağlarında itkin düşən turistlərin meyitləri tapılıb
Ukraynanın Karpat dağlarında itkin düşən turistlərin meyitləri tapılıb. Bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.
7 Yanvar 2019 18:07 DünyaUkraynanın Karpat dağlarında itkin düşən turistlərin meyitləri tapılıb.
Bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.
Dağ turizmi ilə məşğul olan turistlərin yanvarın 6-da itkin düşməsi barədə məlumat daxil olub. Turistlərin sayı 5 nəfər olub. Onlardan ikisi Xidmətə digər yoldaşlarının itkin düşdüyünü deyiblər. Dövlət Xidmətinin xilasediciləri axtarışlara başlayıb. Yanvarın 7-də turistlərin meyitləri tapılıb.
Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti artıq bir aydır ki, Karpat dağlarında qar uçqunu təhlükəsinin olması barədə xəbərdarlıq yaymışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31