Afrika İttifaqı Qabondakı çevriliş cəhdini qətiyyətlə pisləyir
7 Yanvar 2019 17:20 DünyaAfrika İttifaqı Qabonda bir qrup hərbçinin çevriliş cəhdini qətiyyətlə pisləyir.
Bu barədə İttifaq komissiyasının sədri Musa Faki Mahamat öz "Twitter" səhifəsində yazıb.
"Afrika İttifaqı bu gün səhər Qabonda baş verən çevriliş cəhdini qətiyyətlə pisləyir. Mən Afrika İttifaqının hakimiyyətin konstitusiyadan kənar istənilən üsulla dəyişdirilməsinin qəbulolunmazlığı barədə mövqeyini bir daha ifadə edirəm", - deyə sədr vurğulayıb.
Qeyd edək ki, bu gün səhər saatlarında Qabonun paytaxtı Librevildə bir qrup hərbçi dövlət radiostansiyanı ələ keçirərək milli bərpa şurasının yaradıldığı barədə bəyanat vermişdilər. Bir neçə saatdan sonra qiyamçılar həbs edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31