Ermənistanda oğul atasını kərpiclə öldürdü

Ermənistanın Syunik vilayətində yerləşən Brnakot kəndində məişət zəmnində qətl olub. Axşam hadisə yerinə gedən polislər 1967-ci il təvəllüdlü David Ovakimyanın cəsədini aşkar ediblər.

Onu 1997-ci il təvəllüdlü oğlunun qətlə yetirdiyi məlum olub. Oğul atasını başından kərpiclə zərbə vuraraq qətlə yetirib.

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31