Brüsseldə atışma olub

Belçikanın paytaxtı Brüssel şəhərində yerləşən restoranlardan birində atışma olub.

Əlində "Kalaşnikov" markalı avtomat silahı olan bir nəfər restoranda atəş açıb. 

Hələlik kimliyi məlum olmayan şəxs daha sonra hadisə yerindən qaçıb.

Hadisə zamanı ölən və ya yaralananların olması barədə məlumat verilməyib. 

Hüquq-mühafizə orqanları silahlı şəxsin tutulması üçün əməliyyat tədbirləri keçirir.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31