“KTMT-nin dağılmasına hazırlıq gedir” – Erməni polkovnikdən şok iddia
24 Dekabr 2018 16:57 Dünya"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlər bir-birinə dost münasibətdə deyillər".
Bunu Ermənistan Hərbi Akademiyasının müəllimi, Silahlı Qüvvələrin polkovniki Armen Qaliçyan deyib.
Erməni polkovnik KTMT daxilində inamsızlığın olduğunu və bunun ittifaqın dağılmasına yol açacağını iddia edib:
"KTMT-nin fəaliyyəti qənaətbəxş deyil. Qazaxıstanda keçirilən sammitdən belə nəticə çıxdı ki, sanki tərəflərin hər birinə xüsusi tapşırıq verilib və KTMT-nin dağılması üçün hazırlıq gedir. İştirakçılardan heç biri nə etdiyini bilmirdi.
Üzv dövlətlər bir-birinə güvənmir. Bunun isə nəticəsi yaxşı olmayacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31