Norveç adasının tarixində ilk
24 Dekabr 2018 16:21 DünyaNorveçin Şpitsberqen ( Svalbard) adasının tarixində ilk dəfə olaraq bank soyğunu baş verib.
Ölkənin qərbində yerləşən adaya turist kimi gedən 29 yaşlı şəxsgənc banka silahlı hücum edərək 70 min Norveç kronu (təxmini 14 min AZN) oğurlayıb. Adanın qubernatoru oğurluq edənin adını açıqlamasa da, Rusiya vətəndaşı olduğunu bildirib. Məlumata görə, gənc hadisədən qısa müddət sonra şəhərin mərkəzində saxlanılıb və pullar müsadirə edilib. Daha sonra o, mühakimə olunmaq üçün Tromso şəhərinə aparılıb.
Rusiyanın Svalbard şəhərindəki Baş Konsulluğu bəyan edib ki, Rusiya vətəndaşı olduğu iddia edilən şəxsin kimliyini müəyyənləşdirməyə çalışırlar.
"Qafqazinfo"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31