ASO Menbiç sərhədində: Ərdoğandan əmr gözləyir

Azad Suriya Ordusu "Fərat qalxanı" əməliyyatı nəticəsində təmizlənən bölgələrdəki cəbhə xəttinə hərbi birləşmələrini göndərib.

ASO tabeliyindəki Həmzə briqadası təlimləri başa vuran birləşmələrini ağır zirehli maşınlarla YPG-PKK-Əsəd rejimi qüvvələri ilə sərhəd bölgəsinə yönəldib.

YPG-PKK işğalındakı Menbiç bölgəsinə göndərilən qüvvələrin Türkiyənin Menbiçdə keçirəcəyi əməliyyat zamanı əhəmiyyətli vəzifə icra edəcəyi bildirilib.

"Dəstələrimiz terror qruplaşmalarının işğal etdiyi bölgələrin təmas xəttinə doğru yola düşüb", - ASO komandiri Əbu Yezen bildirib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31