Pakistanın keçmiş Baş naziri daha bir həbs cəzasına məhkum olunub

Pakistanın keçmiş Baş naziri Nəvaz Şərif korrupsiya ilə bağlı məhkəmə istintaqı çərçivəsində yeddi il həbs cəzasına məhkum edilib.

İslamabad Antikorrupsiya Məhkəməsində Əl Əziziyyə Polad Kombinatında və "Flagship İnvestment" şirkətində korrupsiya faktına dair ayrıca iki proses keçirilib.

Birinci məsələ ilə bağlı sabiq hökumət başçısı 7 il müddətinə azadlıqdan məhrum edilməklə 2,5 milyon ABŞ dolları məbləğində cərimə olunub, ikinci məsələ ilə bağlı isə bəraət alıb.

Xatırladaq ki, bu il iyulun 6-da N.Şərif korrupsiyaya dair daha bir cinayət işi üzrə 10 il həbs cəzasına və 8milyon dollarlıq cəriməyə məhkum olunmuşdu.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31