Yerevanda Rusiya səfirliyi qarşısında etiraz aksiyası olacaq

Rusiyanın Yerevandakı səfirliyinin binası qarşısında Gümrüdəki hərbi bazadakı vəziyyətlə bağlı etiraz aksiyası keçiriləcək. Aksiya dekabrın 25-də olacaq.

Rusiyanın Yerevandakı səfirliyinin binası qarşısında Gümrüdəki hərbi bazadakı vəziyyətlə bağlı etiraz aksiyası keçiriləcək.

Aksiya dekabrın 25-də olacaq.

Bildirilib ki, Rusiyanın 102 saylı hərbi bazası hərbçilərinin nizamnaməni pozaraq Ermənistan vətəndaşlarının təhlükəsizliyini təhdid etməsi etiraz tədbirinin keçirilməsinə səbəb olub.

Toplanan imzalar aksiya zamanı Rusiyanın Ermənistandakı səfirinə təqdim ediləcək. Etiraz mitinqində Ermənistandakı hakimiyyətin ünvanına da tənqidi fikirlərin səslənəcəyi bildirilib.

Qeyd edək ki, dekabrın 2-də Rusiyanın 102 saylı hərbi bazasının 23 yaşlı hərbçisi 57 yaşlı süpürgəçi Cülyetta Qukasyana işgəncə verərək qətlə yetirməkdə şübhəli bilinir. Hazırda o, bu bazanın ərazisindəsaxlanılır. Cülyetta Qukasyanın hüquqi varisi hərbçinin Ermənistan hüquq-mühafizə orqanlarına təhvil verilməsini tələb edib. 

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31