Gürcüstanın Mərkəzi Seçki Komissiyasına sədr seçilib

Gürcüstanın Mərkəzi Seçki Komissiyasına (MSK) sədr seçkisi keçirilib.

Gizli səsvermə yolu ilə MSK-nın hazırkı sədri Tamar Jvaniayenidən qurumun növbəti 5 il müddətinə rəhbəri seçilib.

Gürcüstan Prezidenti Salome Zurabişvili MSK sədrliyinə T.Jvaniadan başqa,Mariam Şelegia və Vladimir Bojadzenin namizədliyini də təqdim edib.

T.Jvanianın namizədliyini səsvermədə iştirak edən 9 üzvün 8-i dəstəkləyib. Komissiyada təmsil olunan müxalif Avropalı Gürcüstan və Vahid Milli Hərəkat partiyalarının üzvləri səsvermə prosesində iştirakdan imtina ediblər. T.Jvania da səsvermə hüququndan yararlanmayıb.

Qeyd edək ki, T.Jvania 2013-cü ildən Gürcüstan MSK-ya rəhbərlik edir. Ali seçki qurumu sədrinin ikinci müddətə sədr seçilməsi ilk dəfə baş verib. 

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31