Barselonada nümayişçilərlə polis arasında toqquşmalar baş verib

İspaniya Nazirlər Şurasının iclası keçirildiyi Barselona şəhərində nümayişçilər küçələrdən birində barrikada quraraq polislərə daş atırlar.

Etirazçılar dəmir hasarları və bir işıqforu sökub, zibil qutularını çevirirlər.

Etirazlara səbəb, adətən, cümə günləri Madriddə toplaşan hökumətin bu dəfə Kataloniya Muxtar Vilayətinin paytaxtında iclas keçirməsidir. Ötən gün mərkəzi hökumətin Baş naziri Pedro Sançes və Kataloniya hökumətinin başçısıJoakim Torra "səmərəli dialoq" aparmaq barədə razılığa gəlsələr də, radikal təmayüllü Respublikanın Müdafiəsi Komitələri hökumətin Barselonada iclas keçirməsini əsas tutaraq bütün bölgə miqyasında etiraz aksiyalarına başlayıb.

Bir qədər əvvəl nümayişçilərə qarşı polis rezin dəyənəklərdən istifadə edib və 4 nəfəri saxlayıb. Aksiyanın çəkilişini aparan müxbir və operator bir neçə nəfərin hücumuna məruz qalıb.

Şəhərdə asayişin mühafizəsinə Kataloniyanın "Mossos d'Esquadra" polisinin 8 minədək əməkdaşı, habelə Mülki Qvardiya və Milli Polis qüvvələri cəlb olunub.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31