Nigeriyada 132 uşaq acından öldü
Nigeriyanın Kaduna ştatında son 10 ayda 132 uşaq qida çatışmazlığına görə həyatını itirib. 12 858 uşaq isə bu səbəbdən xəstəxanaya aparılıb.
21 Dekabr 2018 16:26 DünyaNigeriyanın Kaduna ştatında son 10 ayda 132 uşaq qida çatışmazlığına görə həyatını itirib.
12 858 uşaq isə bu səbəbdən xəstəxanaya aparılıb.
Bu uşaqlardan yalnız 10 604-ü müalicə edilir.
Ölkədə beş yaşına qədər olan uşaqların 11.7 faizinin qida çatışmazlığı ilə üzləşdiyi bildirilən məlumatda qeyd edilib ki, bu uşaqların 47 faizi fiziki olaraq inkişafdan dayanıb.
Bundan əvvəl isə Nigeriyanın Nasarava ştatında 30 uşağın qida çatışmazlığı səbəbindən öldüyü açıqlanmışdı.
Ölkədə Boko Haram terror təşkilatının hücumlarına, otlaq sahələrdəki savaşlara və iqtisadi böhrana görə, təxminən 35 milyon uşağın aclıqdan əziyyət çəkdiyi bildirilir.(teleqraf.com)