“Şokdayıq, yardım gözləyirdik, Türkiyə hücum edəcək”
21 Dekabr 2018 15:57 DünyaABŞ ordusunun Suriyanı tərk etmək qərarı PKK-YPG terrorçularının təşvişinə səbəb olub.
Bu barədə "Foks Nyus" telekanalı informasiya yayıb.
"Hamı məyus və qorxmuş vəziyyətdədir. Bu tarixi bir səhvdir. ABŞ-ın bir parçası olmaq istədik. Hər tərəfimiz düşmənlə əhatələnib", - PKK-nın nəzarətindəki Kobani bölgəsinin sakinlərindən biri bildirib.
ABŞ-ın verdiyi qərardan şoka düşən terror qruplaşması dəstəkçiləri ABŞ hərbi bazası yaxınlığında aksiya keçiriblər. Aksiyaçılar öldürülən YPG terrorçularının fotolarını nümayiş etdiriblər.
"Bu, Türkiyənin bizə hücum edəcəyi anlamına gəlir. Şokdayıq, çünki İŞİD-dən sonra ABŞ-ın bizə yardım edəcəyini gözləyirdik", - YPG üzvü, 33 yaşlı Məzlum Kürdi deyib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31