Dağıstan hökuməti sədrinin müşavirinin meyiti tapılıb
21 Dekabr 2018 15:30 DünyaRusiyanın Dağıstan Respublikası hökumətinin sədri Artyom Zdunovun müşaviriAndrey Afonin bu gün Mahaçqala şəhərindəki "Primorskaya" mehmanxanasının nömrəsində ölü vəziyyətdə tapılıb.
Bu barədə məlumatlı mənbəyinə istinadən "İnterfaks" bildirib.
Mənbənin bildirdiyinə görə, hazırda mehmanxana personalı və mühafizəsi dindirilir, hadisənin başvermə şəraiti müəyyənləşdirilir.
Agentlik hələ bu məlumatın rəsmi təsdiqini almayıb.
Öz növbəsində, "Arqumentı i faktı" nəşri müşavirin ürək tutmasından öldüyünü xəbər verib.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31