“İsgəndər”lərlə bağlı ABŞ-la gizli danışıqlar başladı

Almaniya gizli şəkildə ABŞ-dan yeni nəsil hava hücumundan müdafiə sistemlərinin hazırlanması üçün məxfi texnologiyalar almağa çalışır.

Bu məlumatı "Defens Nyus" saytı yayıb. Məlumata görə, Almaniya bununla Rusiyanın yeni silahlarında müdafiə olunmağa çalışır.

Sayt Almaniyanın özünün TLVS orta mənzilli hava hücumundan müdafiə sistemlərini ABŞ-ın "Lokhid Martin" şirkətinə məxsus MEADS sistemləri əsasında moderləşdirməyi hədəflədiyini bildirib:

"Bunun üçün tərəflər Berlinin ABŞ texnologiyalarına giriş imkanlarını müzakirə edirlər. Belə ki, Almaniya daha çox TLVS sistemlərinin radarlarını modernləşdirərək, bunu Rusiyanın, özəlliklə, "İsgəndər" raketlərinin tapılmasında istifadə etməyə cəhd edir".

Sayt hələlik ABŞ və Almaniya arasında danışıqlarda irəliləyişin əldə olunmadığını söyləyib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31