Berlindən ABŞ-ın Suriya qərarına sərt reaksiya

Almaniyanın Xarici İşlər naziri Hayko Maas ABŞ ordusunun Suriyadan çıxarılması qərarını tənqid edib.

Maas qərarın İŞİD-lə mübarizəyə mənfi təsir göstərəcəyini bildirib.

"İŞİD təhlükəsi tamamilə sona çatmayıb. İŞİD-lə həm hərbi, həm də mülki vasitələrlə mübarizə aparılmalıdır", - Maas qeyd edib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ordunun Suriyadan çıxarılmasına qərar verib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31