Pompeo: "Donald Tramp və Kim Çen In 2019-cu ilin əvvəlində görüşə bilər"
21 Dekabr 2018 11:56 DünyaABŞ dövlət katibi Mayk Pompeoprezident Donald Trampla Şimali Koreya lideri Kim Çen Inarasında növbəti görüşün 2019-cu ilin əvvəllərində keçiriləcəyinə ümidvardır.
Dövlət katibi "KNSS" radiosuna bildirib:
"Görüşlər keçirməyə davam edəcəyik və yeni ildə Birləşmiş Ştatlar üzərindən bu təhlükəni sovuşdurmaq üçün prezident Trampla sədr Kim Çen Inın 1 yanvar tarixindən qısa müddət sonra görüşəcəklərinə ümid bəsləyirik".
Tərəflər bu ilin yayında Sinqapurda keçirilən ilk tarixi görüşdə Koreya yarımadasının nüvəsizləşdirilməsi ideyasına sadiq olduqlarını bildirmişdilər.
Bundan əlavə isə Tramp Kim Çen Ina sanksiyaları ləğv edəcəyi barədə vəd verib.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31