Meksika məhkəmənin qərarınadək ABŞ-dan çıxarılan əcnəbilərə sığınacaq verəcək
21 Dekabr 2018 11:52 DünyaMeksika ABŞ-ın barələrində məhkəmə qərarı qəbul olunanadək ölkədən çıxaracağı miqrantlara öz ərazisində müvəqqəti olaraq sığınacaq verməyə razıdır.
Bu barədə cümə axşamı Meksikanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
"Meksika buraxılış məntəqəsi ilə ABŞ-a keçid məntəqələrindən keçən və ya bu keçid məntəqələri arasında saxlanılan, bu ölkənin miqrasiya orqanları tərəfindən müsahibə olunan və miqrasiya məhkəməsinə çağırış vərəqəsi alan Amerikadan çıxarılmış əcnəbilərə humanitar baxımdan və müvəqqəti əsasda (öz ərazisində qalmaq üçün) icazə verəcək", - deyə XİN-in məlumatında bildirilir.
Daha əvvəl Meksikada bir qrup miqrant atəşə tutulub.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31